Yeni Nəsil Şəxsiyyət vəsiqəsi

Biz, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına təqdim olunan vətəndaşın şəxsiyyətini təsdiq edən sənədə dair, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” tərəfindən həyata keçirdiyi “Yeni Nəsil Şəxsiyyət vəsiqəsi” layihəsində də mühüm rolu olmuşdur. Bu vəsiqə iki elektron sertifikatı özündə saxlayır. Bu sertifikatların biri identifikasiya (tanınma) üçün, digəri isə elektron imza üçün nəzərdə tutulub. Elektron şəxsiyyət vəsiqəsi fiziki olaraq vətəndaşın şəxsi eyniləşdirməsinə tətbiq olunduğu kimi internet mühitində də vətəndaşın kimliyini müəyyən edir. Bununla yanaşı, vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üstünlüyü verir. Vətəndaş, yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron şəkildə tərtib etdiyi sənədi imzalayıb qarşı tərəfə göndərə bilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq və işbirliyi görərək, “Yeni Nəsil Şəxsiyyət vəsiqəsi” layihəsinə dair bütün İT avadanlıqların alınması, texniki tərəfdən sazlanması, quraşdırılmasını, digər proqram təminatların alınmasını və proqram təminatlarına dair lisenziyaların verilməsi ilə bağlı işləri İnnovativ Layihələr Mərkəzi olaraq biz öz öhdəmizə götürmüşdük.